İtaliyada keçirilən Böyük Yeddilik (G7) sammitində iştirak edən dünya liderləri İranı ballistik raketləri və müvafiq texnologiyaları Rusiyaya ötürməməyə çağırıblar.
Publika.az xəbər verir ki, bu barədə iclasın yekun bəyanatında bildirilib.
Sənəddə deyilir: "İran Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstəyi dayandırmalıdır, Tehran ballistik raketləri və əlaqəli texnologiyaları ötürməkdən çəkinməlidir".
G7 liderləri, həmçinin İranı "Yaxın Şərqdə sabitliyi daha çox pozduğu təqdirdə" sanksiyalarla hədələyiblər.