İsrailin müdafiə naziri Yoav Qalant İranın yəhudi dövlətinə hücum cəhdini nəzərə alaraq təcili iclas çağırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mümkün hücuma cavab tədbirlərinin müzakirəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) komandanlığının nümayəndələri və ölkənin təhlükəsizlik xidmətinin rəhbərliyi iştirak edir.
Qeyd edək ki, ABŞ və İsrail rəsmiləri İranın avqustun 5-də zərbə endirəcəyini bildiriblər. Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyənin İranda məhv edilməsi göstərilir.
Hüseyn İbadlı