Mərkəzi Seçki Komissiyası (MSK) artıq parlament seçkilərinə hazırlığa başlamalıdır.
Publika.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, yazda və payızda hazırlıqları daha rahat görmək olur: "Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir”.
"Parlament seçkilərindən sonra bələdiyyə seçkiləri gəlir ki, o daha da çətindir. Bütün bu hallar nəzərə alınmalıdır", - M.Pənahov əlavə edib.