Ukrayna prezidenti Vladimir Zelenski “The Washington Post” qəzetinə müsahibəsində ABŞ-ın Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarına reaksiyasından danışıb.
Publika.az xəbər verir ki, Ukrayna prezidentinin sözlərinə görə, Kiyevin bütün hücumları Rusiyanın oxşar hərəkətlərinə cavab zərbələridir.
"ABŞ-ın buna reaksiyası müsbət olmadı" deyən Zelenski, Vaşinqtonun Ukraynanın öz silahlarından istifadəsini məhdudlaşdıra bilmədiyini təsdiqləyib.
“Biz pilotsuz təyyarələrimizdən istifadə etdik. Heç kim bizə deyə bilməz ki, bunu etmək olmaz”, - Ukrayna prezidenti bildirib.
Zelenskinin Rusiyanın Ukraynanın enerji sisteminə hücumlarının qarşısını almaq yollarından da danışıb:
“Əgər bizim elektrik şəbəkəmizi qorumaq üçün hava hücumundan müdafiə sistemi yoxdursa və ruslar ona hücum edirsə, mənim sualım belədir: biz niyə onlara cavab verə bilmirik? Onların cəmiyyəti benzinsiz, dizel yanacağı olmadan, işıqsız yaşamağı öyrənməlidir... Bu, doğrudur. Rusiya bu addımları dayandırdıqda, biz də dayanacağıq”.
Cəmilə