Azərbaycan Nazirlər Kabinetinin bu ay Milli Məclis qarşısında hesabat verəcəyi gözlənilir.
Publika.az xəbər verir ki, prosedura əsasən, Nazirlər Kabineti hər il Azərbaycan Milli Məclisinin yaz sessiyasının beşinci iclasında öz fəaliyyəti haqqında hesabat verir.
Qeyd edək ki, Milli Məclisin 2024-cü il yaz sessiyasında üç iclası (fevralın 1-i, 16-sı və 23-ü) keçirilib.
Növbəti iclasların vaxtı isə açıqlanmayıb.
Xatırladaq ki, Azərbaycan Konstitusiya Məhkəməsi 2024-cü ilin fevralın 13-də ölkədə 7 fevralda keçirilən növbədənkənar prezident seçkisinin nəticəsini təsdiqləyib və rəsmən elan edib.
Bundan bir gün sonra - fevralın 14-də - Prezident İlham Əliyev Milli Məclisdə and içib.
Andiçmədən sonra Nazirlər Kabineti istefaya göndərilib və yeni tərkib formalaşdırılıb.
Qeyd edək ki, Milli Məclisin razılığı ilə Prezidentin sərəncamı əsasında Əli Əsədov yenidən baş nazir təyin edilib. (Oxu.az)