Rusiyanın Volqoqrad vilayətində Su-34 bombardmançı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb, ekipaj xilas ola bilib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Uçuşun döyüş sursatı olmadan həyata keçirildiyi qeyd edilir. Yerdə dağıntı yoxdur; təyyarə boş ərazidə qəzaya uğrayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır. Təyyarənin qəzaya uğradığı yerdə Rusiya Aerokosmik Qüvvələrinin komissiyası işləyir.
Tural