02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək!

03 may 2024 12:00
GÜNDƏM
ads
Advertisement

İnsan sağlamlığına zərər verən, ətraf mühitə zərərli təsir göstərən istifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi üçün fəaliyyətlər davam etdirilir və vətəndaşlara daha əlçatan olması məqsədilə işlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılaraq 400-ə çatdırılıb.

Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, toplama qutuları Bakıda və regionlarda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, təhsil müəssisələrində, banklarda və hotellərdə yerləşdirilərək layihəyə dəstək verilir.

“İstifadəyə yararsız elektrik batareyaların çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib”.

İ.İbrahimova hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur