18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Kansler bu tarixdə məlum olacaq 

12 apr 2025 00:00
DÜNYA
ads
Advertisement

Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Mertsin mayın 6-da Almaniyanın yeni Kansleri vəzifəsinə seçiləcəyi gözlənilir.

 

Qutb.az xəbər verir ki, bu barədə bir neçə yerli media qurumu partiyadaxili mənbələrə istinadla məlumat yayıb.

 

Bundestaqda keçiriləcək Kansler seçkisi ilə əlaqədar hazırlıq işlərinə artıq başlanılıb. Lakin seçkilərdən əvvəl Sosial Demokratlar Partiyası (SPD) və CDU koalisiya müqaviləsini rəsmi şəkildə təsdiqləməlidir. CDU bu məsələni partiyanın qurultayında müzakirə edəcək. Qurultayın aprelin 28-də keçirilməsi planlaşdırılır. SPD isə qərarı aprelin 30-da partiya üzvləri arasında səsverməyə çıxaracaq.

 

Qeyd edək ki, Birlik blokunda yer alan Xristian Sosialistlər İttifaqının (CSU) sədri Markus Söder koalisiya müqaviləsinin partiyası tərəfindən təsdiqləndiyini ötən gün elan edib.

 

Kansler seçkisindən sonra qısa müddət ərzində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən yeni hökumət üzvləri təyin ediləcək. Sonra hökumət üzvləri Bundestaqda and içərək rəsmi qaydada vəzifələrinin icrasına başlayacaqlar.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur