ABŞ-da qonşusunun xoruldamasından narahat olan Kristofer Ceyms Keysi burun əməliyyatı xərclərini ödəmək təklifi qəbul olunmadığı üçün qonşusu Robert Uollesi bıçaqlayaraq öldürüb.
Publika.az xəbər verir ki, Pensilvaniyada 55 yaşlı Kristofer Ceyms Keysi qonşusu, 62 yaşlı Robert Uollesin yüksək səslə xoruldamasından narahat olduğu üçün onu bıçaqlayaraq öldürüb.
Keysi məhkəmədə aralarında 18 aydır davam edən şəxsi mübahisədən danışaraq, iki iqamətgahın ümumi divarının olduğunu və Uollesin yüksək səslə xoruldayan olduğunu söyləyib.
Hadisə baş verən gün Keysi bildirib ki, pəncərədən təxminən 20 dəqiqə danışdıqdan sonra qonşusunun xoruldamasının qarşısını almaq üçün Uollesin burnunun əməliyyatı üçün pul ödəməyi təklif edib. Uollesin ona hücum etdiyini deyən Keysi özünü müdafiə etdiyini bildirib. Prokurorlar bildiriblər ki, Keysi üçüncü dərəcəli qətl, könüllü adam öldürmə və cinayət alətlərinə sahib olmaqda ittiham olunur.
Aysel Şahmar