Südlü oolonq çayının (Çin mənşəli çay - red.) müntəzəm istifadəsi ömrü uzatmağa kömək edə bilər.
Publika.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina danışıb.
Onun sözlərinə görə, bu növ çay sağlamlığa zərər verən sərbəst radikallarla mübarizə aparmağa kömək edir.
"Südlü oolonq onların əmələ gəlməsini maneə törədir. Artıq sübut olunub ki, bu çayı müntəzəm olaraq içsəniz, ömrünüzü beş il uzada bilərsiniz", - mütəxəssis "Vm.ru"ya müsahibəsində bildirib.
Bundan əlavə, Solomatina vurğulayıb ki, oolonq çayı alzheymer və parkinson xəstəliklərinin inkişafının qarşısını alır: "O, həm də sizi sevindirməyə kömək edir, lakin qəhvədən fərqli olaraq ürək döyüntüsünü artırmır. Buna görə də, oolonq çayı içərkən hipertoniya xəstələrinin qan təzyiqinin yüksəlməsindən qorxmalarına ehtiyac yoxdur. Çoxsaylı üstünlüklərinə baxmayaraq, bəzi xəstəlikləriniz varsa, içkinin miqdarını aşmağa dəyməz".
Diyetoloqun sözlərinə görə, söhbət mədə-bağırsaq traktının və qaraciyərin xəstəliklərindən gedir. Həmçinin qəbizlik varsa, oolonq çayı içmək olmaz.
Aytən Məftun