31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Sahibə Qafarova Konqo Prezidenti ilə görüşdü

04 apr 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Afrika dövlətləri, o cümlədən Konqo uzun illər ərzində müstəmləkəçilik siyasətinə məruz qalıb və azadlıqları uğrunda mübarizə aparıb. Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır.

Publika.az xəbər verir ki, bunu aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

O bildiriib ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin birgə fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir: "Ona görə də bizim ölkələrimiz istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartalara qarşı birlikdə mübarizə aparacağıq".

Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı ədalətsiz yanaşmaları barədə məlumat verərək, bəzi ölkələrin, o cümlədən Fransanın Cənubi Qafqaz regionunda sülhə maneə törətdiyini, regionda qeyri-sabitlik yaratmaq, neokolonializm siyasətini regiona gətirmək niyyətində olduğunu diqqətə çatdırıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur