ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (DARPA) Yerin orbitində hərbi peykləri aşkar edə bilən süni intellekt sistemlərinin alınması ilə bağlı “Slingshot Aerospace” şirkəti ilə müqavilə bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə şirkətin informasiya və süni intellekt üzrə direktoru Dilan Kesler bildirib.
Keslerin sözlərinə görə, “Agatha” adlandırılan sistem kosmik aparatların trayektoriyasının təhlili əsasında onların arasında hərbi məqsədlər üçün, o cümlədən kəşfiyyat üçün istifadə olunanları müəyyən etməyə qadirdir.
Şirkət rəsmisi iddia edir ki, bu metod sayəsində 2015-ci ildə Rusiyanın “Luç” peykinin məlumatları ələ keçirmək üçün məqsədyönlü şəkildə ABŞ-nin “Intelsat” peyklərinə yaxınlaşdığını müəyyən etmək mümkün olub.
Pentaqon Rusiya və Çinin peyk qruplarının sayının artmasından narahatdır, çünki ora daxil olan bəzi kosmik aparatlar hərbi texnika daşıya bilər.