Pakistan silahlı qüvvələri İranla münaqişənin şiddətləndiyi bir vaxtda “son dərəcə” gücləndirilmiş döyüş hazırlığı vəziyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətinin yüksək vəzifəli məmuruna istinadən “Reuters” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, ordu İranın hər hansı təxribatçı və ya hərbi hərəkətinə dərhal cavab verəcək. Yerli Pakistan mediası ölkənin İrandan və qərb tərəfdən gələn bütün reysləri diqqətlə izlədiyini bildirib.
Hələlik Pakistan hakimiyyəti hava məkanını İran təyyarələri üçün bağlamaq qərarı verməyib.
Bundan əvvəl Pakistan və İranın Bəluc xalqının separatçı yaraqlıları ilə əlaqəli hədəflərə qarşılıqlı raket zərbələri endirdiyi məlum olub.
Tural