Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndinin sakinləri fevralın 7-də 59 saylı Quba seçki dairəsinin 13 saylı seçki məntəqəsində səs verəcəklər. Şahdağın şaxtalı-sazaqlı ətəyində qərar tutmuş kənddə indi seçki ab-havası hökm sürür.
Publika.az xəbər verir ki, Secki-2024.az saytının Xınalıqdan hazırladığı xüsusi videoreportajda bu mövzudan bəhs edilir.