02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

“Zarafat məqsədilə edib, peşmandır...” - Məktəb direktoru

20 fev 2024 09:00
GÜNDƏM
ads

“Hadisə yanvarın 17-si məktəbdən kənar ərazidə, dərs olmayan zaman saat 15:00-dan sonra baş verib”.

Publika.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılova bildirib.

Direktorun sözlərinə görə, videoda olan şəxslərdən biri məktəbin 11-ci sinif şagirdidir: “Video çəkən və hadisə qurbanı bizim məktəbin şagirdləri deyillər. Bizim şagirddə psixoloji problem hiss etməmişik, oxuduğu müddətdə başqa uşaqlara qarşı hər hansı neqativ hərəkət etməyib. Şagirdin özü və valideyni məktəbə dəvət olunub, rəhbərlik və psixoloq tərəfindən söhbət aparılıb. Şagirdin dediyinə görə, zarafat etmək məqsədilə edib və çox peşmandır”.

Qeyd edək ki, qeyri-etik hərəkətləri əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləridir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur