Ermənistanın xarici borcu 12 milyard dollar həddini keçib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyanın “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan bildirib.
“Ermənistan hökumətinin yorulmaz və xilaskar fəaliyyəti nəticəsində dövlət borcu iyunun 1-nə 12 milyard dollar həddini keçib. Əhalinin sayına bölsək, hər birimizin 4000 dollardan çox borcumuz var. Növbəti dəfə dağılan asfaltı görəndə bu rəqəmləri xatırlayın”, - Xaçatryan deyib.
Tural