"Real"n və Avstriya millisinin müdafiəçisi David Alaba 32 yaşında karyerasını bitirə bilər.
QÜTB.AZ xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
Buna səbəbin qığırdaq itkisi olduğu bildirilir. Bu problem onun dizindəki sümüklərin sürtülməsinə səbəb olur. Alabanın yeriyərkən belə şiddətli ağrılar yaşadığı bildirir. Təhlillər avstriyalının çətin məşqlərin öhdəsindən gələ bilməyəcəyini göstərir.
David Alabanın 2024-cü ildə oynamayacağı dəqiqdir. Ancaq sonrakı dövr üçün özü qərar verəcək.
Xatırladaq ki, avstriyalı müdafiəçiə dizinin ön çarpaz bağının qopmasından əməliyyat olunub.
Qutb