29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Zaman daralır: proses düşünüləndən daha tez başladı

06 fev 2024 14:00
GÜNDƏM
ads

Tədqiqatçılar insanların yaratdığı iqlim dəyişikliyinin düşünüldüyündən daha tez başladığını müəyyən ediblər.

Publika.az xəbər verir ki, alimlər qlobal istiləşməyə çarə tapmaq üçün vaxtın daraldığı barədə xəbərdarlıq ediblər.

Zamanın tükəndiyini söyləyən McCulloch və Winter əldə etdikləri məlumatların iqlim dəyişikliyinin sürətləndiyi nəzəriyyəsini dəstəklədiyini bildiriblər.

Nümunə alınan süngərlərdən birinin 320 yaşdan yuxarı olduğuna diqqət çəkilib. Tədqiqatçılar bu süngərlərin sənaye inqilabı dövrünün alətlərinə nisbətən daha yaxşı bir ölçmə üsulu olacağını ifadə ediblər.

Süngərlərin atmosferdəki karbondioksidi, suyun istiliyini və pH (hidrogen göstəricisi) dəyərini qeyd etdiyini bildirən tədqiqatçılar, süngərlərin okeanda 33-98 metr dərinlikdə yaşadıqları üçün tapılmasının çətin olduğunu bildiriblər.

Digər tərəfdən, bəzi elm adamları da araşdırmada nöqsanların olduğunu vurğulayır və tapıntıların etibarlılığını şübhə altına alırlar.

Araşdırma "Nature Climate Change" jurnalında dərc olunub.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur