İngiltərənin cənubundakı Plimut liman şəhərində İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün dənizə aparılıb.
Publika.az xəbər verir ki, Devon və Cornvall polisindən verilən açıqlamada Plimut şəhərində bir bağçada tapılan 500 kiloqramlıq bombanın dənizə atıldığı bildirilib.
Ordunun iştirak etdiyi əməliyyat uğurla keçib və bomba ərazidən uzaqlaşdırılıb. Həmçinin təxliyə edilən 3 250 sakinə evlərinə qayıda biləcəkləri bildirilib.
Bombanın məhv edilməsi əməliyyatı Böyük Britaniyada İkinci Dünya Müharibəsindən sonra ən böyük sülh zamanı təxliyələrdən biri hesab olunur.
Roza