Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan Yunanıstan müdafiə naziri Nikos Dendiası “Dostluq” ordeni ilə təltif edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Dendias iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfəyə görə ordenlə təltif olunub.
Görüş zamanı Mirzoyan və Dendias Ermənistan-Avropa Birliyi tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini, eləcə də müxtəlif formatlarda qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.
Mirzoyan Dendiasa Azərbaycanla danışıqlar prosesi çərçivəsində son müzakirələr barədə məlumat verib.