Hamımız həşəratların, xüsusən də güvə və milçək kimi uçan həşəratların işıq ətrafında uçduğunun şahidi olmuşuq. Alimlər bunun fərqli səbəbləri ola biləcəyini bəzi nəzəriyyələrlə izah edirlər. Amma əsl səbəb həşəratların təkamülündədir. Niyə həşəratlar işığa doğru uçurlar? Süni işıqlar həşəratları çaşdırırmı?
Publika.az xarici mediaya istinadla bununla bağlı araşdırmanı təqdim edir.
Təkamül prosesində işığa doğru uçmaq həşəratlar üçün müəyyən üstünlüklər verirdi. Məsələn, işığa doğru uçmaq həşəratların qida mənbələrini asanlıqla tapmasına vəsilə olurdu. Bundan əlavə, işıq onlara gecə boyu istiqamətlərini tənzimləməyə imkan verir və gedəcəkləri istiqaməti təyin edirdi. Ancaq müasir mühitdə süni işıqlandırmanın yaranması prosesi ilə həşəratlar çaşqın vəziyyətdə qaldılar. Orientasiya problemi olan həşəratlar hansı istiqamətin yuxarı olduğunu bilmək üçün işıqdan istifadə edirlər. Milyonlarla ildir ki, onlar səmanın işıqlı, yerin isə qaranlıq olduğunu hiss edərək istiqamətlərini təyin ediblər. İnsanlar süni işıqları icad edənə qədər bu, onlar üçün asan olub. İstiqaməti tapmaq üçün istifadə etdikləri təbii işıq mənbələri (ay, ulduzlar) süni işıq mənbələri ilə əvəz olundu. Həşəratlar da bu süni işıq mənbələrinə doğru irəliləməyə başladılar. Bu işıqlar həşəratları aldatmağa başladı.
Alimlərin fikrincə, bunun araşdırması illərdir ki, davam edir. Dəqiq səbəbi tapmaq üçün isə geniş tədqiqata ehtiyac var.