06.02.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Luvr muzeyi ilə bağlı təklif narazılıq yaratdı

26 yan 2025 06:00
GÜNDƏM
ads
Advertisement

Fransanın Mədəniyyət Nazirliyi Luvr muzeyində diferensial tarif tətbiqi ilə bağlı təklif irəli sürüb.

QÜTB.AZ xəbər verir ki, nazirlik muzeyi ziyarət edən qeyri-avropalılar üçün daha böyük qiymət tətbiq etmək istəyir. Məqsəd bu yolla muzeyin təmir və saxlanma xərclərini qarşılamaqdır.

Muzeyi 2024-cü ildə ziyarət edən 8,7 milyon nəfərin 80 faizi əcnəbi olub. Fransa mediasının məlumatına görə, muzey binanın və avadanlıqların köhnəlməsi problemi ilə üzləşib. Su sızması və temperatur rejiminin saxlanmasındakı çətinliklər eksponatların mühafizəsini təhlükə altına alır. Dövlət subsidiyasının ilbəil azalması isə muzeydə bərpa və innovasiya işlərinin ləngiməsinə mane olur.

Fransadan daha uzaqda yerləşən ölkələrdən gələnlər üçün daha böyük məbləğ təklif edilməsi isə mədəniyyət işçiləri arasında yaxşı qarşılanmayıb. Bir çoxları bu yanaşmanı diskriminasiya hesab edir. İKT mütəxəssisləri isə belə bir sistemin tətbiqinin çox çətin olacağı qənaətindədirlər.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur