28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Vəkil adından qanunsuz istifadə edənə

06 okt 2023 18:00
HADİSƏ
ads

Vəkil adından qanunsuz istifadə edən Bağırzadə Camal Ramazan oğlu cəzalandırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.

Belə ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bağırzadə Camal Ramazan oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) və 399-cu (Vəkil adından qanunsuz istifadə) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 350 manat məbləğində inzibati qaydada cərimə edilib.

Qeyd edək ki, daha əvvəl C.Bağırzadənin vətəndaş Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək pul almasına dair məlumat yayılmışdı. Daha sonra həmin şəxs bu barədə Baş Prokurorluğa müraciət edib.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur