İranın Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin də olduğu helikopterin qəzaya uğradığı yerə xilasetmə qrupları hərəkət edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Press" TV məlumat yayıb.
Jurnalistlərin əldə etdiyi məlumata görə, xilasetmə qrupları İran prezidentinin uçduğu qəzaya uğramış helikopterə doğru hərəkət edir.
"Anadolu" agentliyinin yaydığı məlumata görə, Türkiyə tərəfi qəzanın ehtimal olunan yerinin koordinatlarını İran hakimiyyətinə təqdim edib.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Türkiyənin pilotsuz uçuş aparatının tapdığı istilik mənbəyinin dağıntı olduğunu təsdiqləyib.
Qeyd edək ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.