ABŞ prezidentliyinə namizəd Donald Tramp keçmiş dövlət başçısı Barak Obamanı, eləcə də ABŞ Nümayəndələr Palatasının üzvü Nensi Pelosini Co Baydenə təzyiq göstərməkdə ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Respublikaçının fikrincə, hazırkı prezidenti seçki yarışından kənarlaşdıran da məhz bu nüfuzlu demokratlar olub.
“Obama ona dözə bilmir (Co Bayden - red.). Bu da öz rolunu oynadı. Çünki Obama onu dəstəkləməyəcəyini demişdi”, - Tramp bildirib.
Tramp Baydenin seçki yarışını tərk etməsinin digər səbəbi kimi Nensi Pelosinin hərəkətlərini göstərib. Siyasətçi qeyd edib ki, o, Baydeni "tərk edib" və onu dəstəksiz qoyub.
Tural