17.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Xanlar Vəliyev onun yerinə TƏYİN EDİLİR?

08 apr 2025 20:00
GÜNDƏM
ads
Advertisement

Baş prokurorun müavini – Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb. Bir müddət əvvəl 70 yaşını tamamlayan Vəliyev 2005-ci ildən Hərbi Prokurorluğa rəhbərlik edirdi.

Bu gün Xanlar Vəliyevə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025-ci il tarixli, 527 nömrəli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.

Qutb.az-ın məlumatına görə, Xanlar Vəliyevin bundan sonrakı fəaliyyəti son günlər mətbuatda ən çox müzakirə olunan məsələlərdən biridir.

Bəzi xəbər saytları onun Konstitusiya Məhkəməsinin hakimi kimi fəaliyyətini davam etdirəcəyini yazıb.

Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddini 70-dən 75-ə artırılması bu ehtimalları gücləndirib. Ötən gün qüvvəyə minən dəyişikliyə əsasən, Vəliyev hakim təyin oluna bilər. 

Bunun üçün onun namizədliyi Milli Məclisdə müzakirə olunmalıdır. Parlament bu barədə qərarı təsdiqlədikdən sonra sənəd Prezidentə göndərilir. Dövlət başçısının sərəncamı ilə yeni hakim təyin edilir.

Qeyd ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir.

Hazırda məhkəmənin hakimlərindən biri 75 yaşını adlayıb. Sözügedən şəxs Konstitusiya Məhkəməsinin ən qocaman hakimi Rafael Qvaladzedir. O, hazırda 77 yaşındadır. Gürcüstanda anadan olan hüquqşünas 1998 və 2010-cu illərdə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur