“Napoli” 26 ildə ilk dəfə bir mövsümdə iki baş məşqçisini dəyişib.
Publika.az xəbər verir ki, son olaraq Valter Matsarri postunu tərk edib. Onu Françesko Kalzona əvəzləyib. Matsarri özü isə noyabrda Rudi Qarsiyanın qovulmasından sonra Neapol təmsilçisinin baş məşqçi olmuşdu.
"Opta"nın məlumatına görə, “Napoli”də sonuncu dəfə 1997/98 mövsümündə üç baş məşqçi çalışıb. Həmin il komanda mövsüm ərzində cəmi iki qələbə qazanıb və A Seriyasından aşağı liqaya düşüb. Cari mövsümdə neapollular turnir cədvəlində 9-cu sırada qərarlaşıb.
Heybət