19.05.25 | Bakı 18.77° C |
10:06:25
Lent :

Şəhidin qardaşı dünyaya gəldi

13 fev 2024 11:00
GÜNDƏM
ads

Bu gün Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum evində Vətən müharibəsi şəhidi Amal Alışanlının qardaşı dünyaya gəlib.

Publika.az xəbər verir ki, şəhidin anası Reyhanə Alışanova oğul övladı dünyaya gətirib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Amal Alışanlı Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl və Kəlbəcər rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Yardımlı rayon Qabaqdibi kənd qəbiristanlığında dəfn edilib.

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.(“Qafqazinfo”)



Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.77° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur