07.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

2 milyona görə həbs edilən direktora daha bir İTTİHAM

07 iyn 2025 01:00
GÜNDƏM
ads

"Şəmkir Un-Yem" MMC-nin 2 milyon manatdan çox yeyintidə ittiham olunan direktoru Aslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Qutb.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, xüsusilə ağır cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

 

Hazırlıq iclasında müttəhimin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

 

Qeyd edək ki, o, xüsusilə külli miqdarda mənimsəmədə, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında təqsirləndirilir.

 

Məhkəmədə məlum olub ki, A.Əliyevə bunlardan əlavə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılması maddəsi ilə də ittiham verilib. İstintaqla müəyyən edilib ki, mənimsənilən dövlət vəsaitləri müxtəlif yerlərə köçürülərək həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.

 

Prokuror cinayət işinin ağırlığını və işdə dəyişən halların qeydə alınmadığını əsas gətirərək seçilmiş həbs formasında qətimkan tədbirinin dəyişdirilməməsini istəyib. İlk iclasın qərarına əsasən, qətimkan tədbiri olduğu kimi saxlanılıb. İş məhkəmə baxışına verilib.

 

Baxış iclasında ittiham aktı oxunacaq, müttəhimin özünü təqsirli bilib-bilmədiyi məlum olacaq.

 

Qeyd edək ki, A.Əliyev Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. "Şəmkir Un-Yem" 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur