"Bayer" Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində sabah öz meydanında "Qarabağ"ı qəbul edəcək.
Publika.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib:
"Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərməyə çalışacağıq. Sabah yüksək performans göstərmək üçün əlimizdən gələni edəcəyik. Amma asan olmayacaq. Bütün bacarığımızı göstərməliyik. Ümid edirəm ki, qalib gələcəyik.
Sabah "Volfsburq"la matçda olduğu kimi oynamayacağıq. Üç turnirdə mübarizə aparırıq. Heyətimiz yaxşıdır, oyunçular sabahkı matç üçün hazırdır".
Qeyd edək ki, "Bayer" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq. Komandalar arasında Bakıda keçirilən ilk oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Heybət