28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Avropada gərginlik: Serbiyanı izləmək üçün “Bayraktar TB2” göndəriblər?

06 iyl 2024 13:00
GÜNDƏM
ads

Kosovonın müdafiə naziri Ejup Maqedonci bəyan edib ki, “Bayraktar TB2” PUA-larının Priştina üzərindən Serbiyanın yaxınlığından uçması və Serbiya ordusunun imkanlarını izləməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Publika.az xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiç Kosovonun keçən il aldığı TB2 PUA-larının 5 və 20 iyun tarixlərində Serbiya yaxınlığında uçduğunu bildirib. O, həmin PUA-ların Serbiyanı izlədiyini iddia edərək, onları vurmaqla hədələyib.

Ejup Maqedonci açıqlamasında Vuçiçin açıqlamalarının həqiqəti əks etdirmədiyini bildirib: “Bizim Kosovo Təhlükəsizlik Qüvvələrinin tərkibində “Bayraktar TB2” PUA-ları ilə işləyən pilotsuz hava sistemləri bölməmiz var. Onların əməliyyatları normal olaraq Kosovo Respublikasının ərazisindədir. Heç bir qonşu ölkəyə casusluq etmək niyyəti olmadan həyata keçirilir. Onlar hansısa bir ölkənin hava məkanını pozmur”.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur