Vüqar Bayramovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası Füzuli rayonu Üçüncü Zobucuq qəsəbəsinin sakinləri ilə davam edib.
Çıxış edən ziyallılar Tərlan Süleymanov və Amil Zalov namizədin fəaliyyəti barədə məlumat verərək qəsəbə sakinlərini seçkidə fəal iştiraka dəvət ediblər.
Vüqar Bayramov VI Cağrış Milli Məclisdə təmsilçiliyim dövründə həyata keçirdiyi işlər ilə bağlı geniş məlumat təqdim edərək deputat səlahiyyətləri çərçivəsində töhvə verməyə çalışdığı məsələlərə diqqət ayırıb.
Bildirib ki, millət vəkili kimi nəinki öz seçildiyi dairə ilə bağlı, bütövlükdə sosial və iqtisadi məsələlərə mütəmadi münasibət bildirməyə və təkliflər təqdim etməyə çalışıb. O, seçicilərin etimadını qazanacağım halda əvvəlki illərdə olduğu kimi, Horadiz şəhərində hər ay təşkil edilən qəbulların, qəsəbə və kənd sakinləri ilə ayrıca görüşlərin davam etdiriləcəyini qeyd edib. Milli Məclisdə Füzuli rayonunu layiqincə təmsil etməyə çalışacağını bildirib. İnteraktiv formada keçirilən görüşdə kənd sakinlərinin fikirləri dinlənildi və sualları cavablandırılıb.