"Telegram"ın təsisçisi Pavel Durovun həbsi daha 24 saat uzadıla bilər.
QÜTB.AZ "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə Fransa məhkəmə sistemindəki mənbə məlumat verib.
Fransa qanunlarına görə, polis bu müddətin bir dəfə uzadılması ehtimalı ilə bir şəxsi 24 saat həbs etmək hüququna malikdir.
Agentlik qeyd edib ki, hakimiyyət onu ilkin həbs müddətindən daha uzun müddət həbsdə saxlamaq istəsə, Durov bir gün sonra Parisdə məhkəmə qarşısına çıxa bilər.
Hüseyn İbadlı