29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Çində məscidlərin günbəz və minarələri sökülür - Etiraz yarandı

27 may 2024 11:00
GÜNDƏM
ads

Milyonlarla müsəlmana ev sahibliyi edən Çində məscidlərin günbəzləri və minarələri bərpa edilərək “çinliləşdirilir”.

Publika.az xəbər verir ki, Çinin ən böyük və möhtəşəm məscidlərindən biri sayılan Şadiyan Ulu Məscidində bərpadan sonra günbəz sökülüb, yerinə Han Çin üslublu paqoda damı yerləşdirilib, minarələr qısaldılaraq paqoda qüllələrinə çevrilib.

Ekspertlərin fikrincə, bu dəyişiklik Pekin hökumətinin ölkədəki məscidləri “çinliləşdirmək” kampaniyasının bir hissəsidir.

Yunnan əyalətinin cənub-qərbində yerləşən Şadiyan Böyük Məscidi Mədinədəki Məscid ən-Nəbəvi nümunəsinə əsaslanaraq tikilib və 2009-cu ildə tamamlanıb. Lakin bölgədə 1300 ildən çox yaşayan və təxminən 10 milyon əhalisi olan Hui müsəlmanlarından Çin mədəniyyətinə üstünlük vermələri xahiş olunur.

Eyni əyalətdəki digər əlamətdar məscid olan Naciayinq məscidinin özəllikləri də bu yaxınlarda aparılan təmir zamanı aradan qaldırılıb.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur