Bu il fevralın 28-də azaraq Ermənistana keçən və martın 5-də Vətənə qaytarılan Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib.
Publika.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini söyləyib.
"Vətənə qayıtdığıma görə çox xoşbəxtəm. Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Bilirdim ki, məni əsirlikdən xilas edəcək", - R.Pənahov vurğulayıb.