Göyçay rayonunun Cəyirli kəndində avtomobil yolu keçən piyadanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a bildirilib ki, fevralın 11-i saat 19 radələrində kənd ərazisində Famil Atakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yolu keçən piyada, 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.