29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

BMT Srebrenitsa soyqırımının inkar edilməsindən narahatdır

17 yan 2024 15:00
GÜNDƏM
ads

BMT 1995-ci ildə Bosniya və Herseqovinadakı müharibə zamanı boşnak əhaliyə qarşı törədilmiş Srebrenitsa soyqırımının inkar edilməsindən narahatdır.

Publika.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri Alis Vayrimu Nderitu Bosniya və Herseqovinada 8 mindən çox dinc bosniyalının qətlə yetirildiyi soyqırımının inkarı və onu törədənlərin təriflənməsinin son dərəcə narahatlıq doğurduğunu vurğulayıb. O, bütün bunların Qərbi Balkan regionunda davamlı sabitlik və sülhə maneə törətdiyin qeyd edərək deyib ki, otuz il əvvəl baş vermiş müharibə cinayətlərinin və soyqırımın məhkəmə tərəfindən sübuta yetirilib və bunun inkar edilməsi yolverilməzdir. Bu, sülhün və barışığın bərpasına səylər göstərən ölkədə parçalanmaya və nifrətə gətirib çıxarır. Eyni zamanda, müharibəni yaşamış və sağ qalmış insanlara da mənfi təsir göstərir.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində və ətraf bölgələrdə bir neçə gün ərzində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb.

Potoçari Memorial Qəbiristanlığında indiyədək 6751 nəfər dəfn edilib. Soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi isə hələ də tapılmayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur