“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan ötən mövsüm çıxış etdiyi “Barselona” barədə danışıb.
QÜTB.AZ xəbər verir ki, almaniyalı futbolçu buna görə peşman olmadığını bildirib:
“Barselona”ya qoşulduğum üçün peşman deyiləm. Axı mən dünyanın ən böyük komandalarından birində oynamışam. “Barsa”da oynamaqla və bu emblemi taxmaqla uşaqlıq arzularımdan birini həyata keçirdim”
Qeyd edək ki, 33 yaşlı futbolçu “Barselona”nın heyətində 51 oyun keçirib, 5 qol vurub və 14 məhsuldar ötürmə edib.