29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dünyanın ən çox axtarılan QADINI: "Kripto kraliça"nı tapana 5 milyon dollar vəd edildi

29 iyn 2024 20:00
GÜNDƏM
ads
Advertisement

"Dünyanın ən çox axtarılan qadını" hesab edilən itkin "kripto kraliça" üçün indi 5 milyon dollar mükafat vəd edilib.

Publika.az xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.

Söhbət Almaniya vətəndaşı olan bolqarıstanlı Ruja İqnatovadan gedir. O, bütün zamanların ən böyük kriptovalyuta fırıldaqlarından birini təşkil etməkdə ittiham olunur. 2014-cü ildə "OneCoin" adlı saxta kriptovalyuta sataraq investorları 4 milyard dollar aldadıb.

43 yaşlı qadın 2017-ci ildə izsiz yoxa çıxıb və 2022-ci ildən FTB-nin ən çox axtarılanlar siyahısındadır.

FTB rəsmiləri əvvəllər onun haqqında məlumat verənə 100 min dollar mükafat təklif etsələr də, sonradan mükafatı 5 milyon dollara çatdırıblar.

"İqnatovanın silahlı mühafizəçiləri və yaxud tərəfdaşları ilə səyahət etdiyi güman edilir. İqnatova plastik əməliyyat keçirmiş və ya xarici görünüşünü başqa şəkildə dəyişdirmiş ola bilər", - FTB-dən bildirilib.

FTB-nin məlumatına görə, fırıldaqçı Almaniya pasportundan BƏƏ, Rusiya, Yunanıstan və Şərqi Avropa kimi ölkələrə səyahət etmək üçün istifadə edə bilər. Lakin onun "OneCoin" sxemini təşkil etməkdə şübhəli bilinən Bolqarıstan mafiyası tərəfindən öldürülə biləcəyi ilə bağlı fərziyyələr var.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur