28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Qəzaya uğrayan təyyarənin pilotu danışdı: Düşmədik, dağın zirvəsinə...

26 yan 2024 09:00
GÜNDƏM
ads

Əfqanıstanda qəzadan sağ çıxan pilot Arkadi Qraçov "Falcon 10" təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qraçov fövqəladə vəziyyətin təfərrüatlarını açıqlayıb və təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğramasına aydınlıq gətirib. O əlavə edib ki, digər sağ qalanlarla birlikdə izahat vermək üçün prokurorluğa çağırılıb.

“Biz çevikliyimiz və düzgün idarəetmə nəticəsində faktiki olaraq təyyarəni endirdik, düşmədik, dağın zirvəsinə endik”, - pilot vurğulayıb.

"Falcon 10" təyyarəsi yanvarın 21-də Bədəxşan vilayətinin dağlıq ərazilərində qəzaya uğrayıb. Təyyarə Tailandın Pattaya şəhərindən Moskvaya şəxsi tibbi evakuasiya uçuşu həyata keçirib

Dörd ekipaj üzvü xilas edilib, lakin iki sərnişin - sahibkarlar Anna və Anatoli Evsyukov vəfat edib. Rusiya İstintaq Komitəsi hər iki mühərrikin sıradan çıxmasını baş verənlərin prioritet versiyası hesab edir.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur