Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzi boşaldılıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, ticarət mərkəzi bomba və partlayış təhlükəsi ilə əlaqədar boşaldılıb.
Hazırda insanlar mərkəzdən təxliyə edilib. Hadisə yerində polis və kinoloqlar işləyir.