30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

ƏHALİYƏ ŞAD XƏBƏR - Maaşlar bu tarixdə artırılacaq

13 may 2024 11:29
GÜNDƏM
ads
Advertisement

Artıq uzun müddətdir ki, maaşların nə zaman artacağı ilə bağlı əhali arasında müzakirələr davam edir. Fevralda keçirilən prezident seçkiləri öncəsi pensiya müavinətlərində artım olsa da, maaşlarla bağlı analoji artım qeydə alınmadı.


Bir çoxları düşünür ki, yaxın aylarda keçirilməsi gözlənilən və artıq yavaş-yavaş öz təsdiqini tapan parlament seçkiləri öncəsi maaşların artımı ilə bağlı qərar veriləcək.


Bəs bu proqnoz özünü doğrulda bilərmi? Doğrudanmı, yay aylarında maaşlar artacaq?


Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, seçkilər öncəsi maaş artımı mütləqdir:


"Maaşlarda artım mütləq olacaq. Yəni minimum əməkhaqqı artacaq. Sadəcə, yeni bir ideya var ki, minimum əməkhaqqı saat hesabı ilə ödənilsin. Belə bir mexanizmə keçidlə bağlı təklif var. Amma təkliflərin nədən ibarət olduğu təəssüf ki, açıqlanmayıb. İstənilən halda, Azərbaycanda minimum əməkhaqqı çox aşağıdır. Hazırki minimum əməkhaqqını saatla hesablasaq, təqribən 1 manat 78 qəpik edir. Bu isə çox aşağı göstəricidir”.


Ekspert ölkədə minimum əməkhaqqının artımına ciddi ehtiyac olduğunu diqqətə çatdırıb:


"Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrdə minimum əməkhaqqı saat hesabı ilə 2 dollardan başlayır. Yəni indiki məzənnə ilə götürsək, 3 manat 40 qəpikdən hesablanır. Bu baxımdan Azərbaycanda minimum əməkhaqqının və maaşların artımına ciddi ehtiyac var. Amma saat hesabına keçilsə, bu hansı mexanizmlə hesablanacaq, tam dəqiq deyil. Hazırda məlum olan yeganə nüans odur ki, maaşlar parlament seçkiləri öncəsi mütləq artacaq. Yəqin ki, bu ayın sonuna yaxın parlamentə bununla bağlı təkliflər göndəriləcək”.



Teglər
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur