12.10.24 | Bakı 20.03° C |
10:06:25
Lent :

“Çelsi” onu icarədən çağırıb icarəyə verdi: Hələ də inanırlar ki…

01 fev 2024 03:00
İDMAN
ads

“Çelsi”nin yarımmüdafiəçisi Andrey Santos “Strasburq”a keçməyə yaxındır.

Publika.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Fabritsio Romano məlumat verib. Xatırladaq ki, bir müddət əvvəl londonlular futbolçunu “Nottingem Forest”də icarədən geri çağırmışdı.

Mənbənin məlumatına görə, fransız klubu braziliyalını 6 aylıq icarəyə götürəcək. “Mavilər”in rəhbərliyi, karyerasını “Strasburq”da davam etdirməyin Santosun inkişafı üçün ən yaxşı variant olduğuna qərar verib. Qeyd olunur ki, “Çelsi” rəhbərləri hələ də 19 yaşlı futbolçuda dünyanın ən yaxşı futbolçularından birinə çevrilmək perspektivi görürlər.

Santos “Çelsi”yə qış transfer pəncərəsində – 2023-cü ildə “Vasko da Qama”dan 12,5 milyon avroya keçib. Bu mövsüm braziliyalı “Nottingem”in heyətində bütün yarışlarda cəmi iki oyun keçirib. Futbolçunun London klubu ilə müqaviləsi 2030-cu ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
131 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur