"Foto seçmək məni yorur. Hamısını paylaşdım. Əsl əkizlər bürcü. Şərhi də sizə buraxıram".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan instaqramda paylaşdığı yeni fotosessiyası haqqında yazıb.
Yeni kadrlarını paylaşan sənətçi klassik obrazda kamera qarşısına keçib. 41 yaşlı ulduz şəkillərinin məşhur türk fotoqraf Oruç Mutluya aid olduğunu bildirib.