Suriyada devrilmiş lider Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsədin Latakiyadakı şəhər meydanında edam edildiyi barədə məlumat yayılıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələr və mediada foto və video da paylaşılıb. Məlumata görə, Latakiyanın mərkəzi meydanında toplaşan insanlar, Əsədin əmisi oğlunun ölüm fərmanını verib və onu krandan asıblar.
Amma sonradan sosial şəbəkələrdə bildirilib ki, yayılan foto və videolar saxtadır. Anadolu Agentliyinin 2014-cü ildə verdiyi xəbərə görə, Suriya dövlət televiziyası Milli Müdafiə Komandanı Hilal Əsədin Kesab Sərhəd Qapısında silahlı müxaliflərlə qarşıdurmada öldüyünü açıqlayıb.
Türkmən Agentliyinin baş redaktoru Hüseyin Bozan da bildirib ki, bu xəbər doğru deyil.
"Süleyman Hilal Əsəd güllələnərək öldürülüb. Bu görüntülər Suriyada çəkilməyib", - Hüseyn Bozan bildirib.
Aysel Şahmar
Bu haber doğru değil, Süleyman Hilal Esed kurşunlanarak öldürülmüş halde bulundu.
— Hüseyin Bozan (@huseyinbozan) December 9, 2024
Videoda Suriye’ye ait değil. https://t.co/FFCfdyxc8H