13.01.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

“5 milyon dollarlıq reklam eşqi”nə görə ifadə verəcəklər

13 yan 2025 12:00
GÜNDƏM
ads

Türkiyəli aktrisa Serenay Sarıkaya və müğənni Mert Demir “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı məhkəmədə ifadə verəcək.

QÜTB.AZ “Qafqazinfo”ya istinadən istinadən xəbər verir ki, onların telefon danışıqları da çirkli pulların yuyulması və vergidən yayınma ehtimalı ilə bağlı araşdırılacaq.

Qeyd edək ki, ölkədə məşhurların çalışdığı “D İletişim” şirkətinin həmtəsisçisi Ayşe Barımın aktrisalardan birinin transseksual müğənni ilə sevgili olması görüntüsünü yaratmağa çalışdığı, hətta ondan bunun müqabilində 5 milyon dollar pul aldığı iddia edilib. Daha sonra isə əslində bunu adı açıqlanmayan iş adamının etdiyi ortaya çıxıb.

Bundan sonra sosial şəbəkələrdə həmin şəxslərin bir müddət öncə münasibətləri olan Serenay Sarıkaya ilə müğənni Mert Demir olduğu barədə müzakirələr aparılıb. Bildirilir ki, iş adamı sözügedən məbləği Ayşe Barım vasitəsilə Sarıkaya və Demirə çatdırıb. Məqsəd isə müğənninin piarının aparılması və karyerasında yüksəlişin əldə edilməsi olub.

Hadisələr fonunda şirkət açıqlama da yayıb: “D İletişim” 2002-ci ildən bəri Türkiyənin ən sevilən və menecerlik fəaliyyəti yönündə xidmət verən lider şirkətlərindəndir. Həmtəsisçimiz Ayşe Barım və birlikdə çalışdığı aktrisa Serenay Sarıkaya ilə bağlı real olmayan əxlaqsız ifadələrə görə məhkəməyə müraciət ediləcək”.

Bu açıqlamanı S. Sarıkaya da paylaşaraq iddiaları əsassız adlandırıb.

Məlumat üçün bildirək ki, Ayşe Barım Bergüzar Korel, Ceyda Düvenci, Hazal Kaya, Hande Erçel, Halit Ergenç, Mert Yazıcıoğlu kimi məşhurların da meneceri olub.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
138 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur