Ukrayna Prezidenti Volodimir Zelenski Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik edib.
QÜTB.AZ xəbər verir ki, Ukrayna lideri bununla bağlı fərman imzalayıb.
Ukrayna rəhbərinin saytında dərc olunan fərmanlara görə, Oleq Sinaiko idarə rəisinin müavini vəzifəsindən azad edilib, onun yerinə Gennadi Boqaç gətirilib.
Bundan əlavə, Oleq Luqovski başçı müavini vəzifəsindən birinci müavini vəzifəsinə keçirilib.