Rusiya üzgüçülük üzrə çempionatlarının dəfələrlə mükafatçısı İqor Qolovin dopinqə görə 5 illik diskvalifikasiya alıb.
Publika.az Rusiya Antidopinq Agentliyinin (RUSADA) məlumat bazasına istinadla xəbər verir.
Diskvalifikasiya üçün geri sayma tarixi 19 yanvar 2024-cü il hesab olunur, idmançı Ümumrusiya Antidopinq Qaydalarının 4.1 və 4.2-ci bəndlərini pozmaqda təqsirli bilinir.
34 yaşlı Qolovin 2014-cü ildə Rusiya çempionatında 50 metr məsafəyə yarışın bürünc mükafatçısıdır. İdmançı 50 metr məsafəyə qısa kursda sonuncu dəfə 2019-cu ildə podiuma çıxıb.
2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.
BOK-un İcraiyyə Komitəsinin 28 mart 2023-cü il tarixli iclasında idmançıların hərbi əməliyyatların dəstəklənməsində fəal iştirak etmədiyi təqdirdə ruslara neytral statusun verilməsi tövsiyə olunub.
Hüseyn İbadlı