Ukraynaya hərbi yardımın koordinasiyasına cavabdeh olan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper istefa verib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyi onun istefasının səbəblərini açıqlamayıb.
Qeyd edək ki, Kuper 2022-ci ildən Ukraynaya silah tədarükündə əsas rol oynayıb. O, həmçinin 2019-cu ildə Donald Trampın ilk impiçmenti zamanı ABŞ Konqresində ifadə verib.
Adəm Abbaslı