"Əsir götürülən və ya Rusiyada həbsdə olan Krım tatarlarının hərbi əsirlərə dəyişdirilməsində fəal işləyirik. Bunu həyata keçirmək üçün müsəlman ölkələri, Türkiyə və Azərbaycan ilə fəal işləyirik"
QÜTB.AZ xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə keçirilən "Krım Platforması"nın növbəti sammitinin yekunu ilə bağlı mətbuat konfransında bildirib.
O, qeyd edib ki, bu məsələdə sözügedən müsəlman ölkələrinin böyük təsiri var:
"Əsirlərin mübadiləsi davam edir. Rusiyada həbsdə olan Krım tatarlarını (Uktayna vətəndaşı) da əsirlərə dəyişə bilərik. Bugünədək Krım tatarlarından da geri qaytardıqlarımız olub".
(Report)